“Mən Sülh İstəyirəm” mövzusunda tədbir.
Sabunçu rayonu C.Məmmədyarov adına 155 N – li tam orta məktəbdə 21 sentyabr-“Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Beynəlxalq Sülh Günü haqqında məlumat verilib, dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasının, təhlükəsizliyin təmin edilməsinin hər bir sülhsevər xalqın, bütün insanların, xüsusilə uşaqların arzusu olduğu bildirilib.Tədbirdə çıxış edən şagirdlər müasir dünyada sülhün, əmin-amanlığın daim qorunmasının zəruriliyini vurğulayıb, insanlar, xüsusilə bəşəriyyətin gələcəyi olan uşaqlar üçün sülhün əhəmiyyətindən bəhs etdilər. Məktəblilər sülh və onun qorunması ilə bağlı fikirlərini söyləyib, sülhlə bağlı şüarlar səsləndirdilər.Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür. Sülh bəşəriyyətin xilasıdır.Şagirdlər öz arzularını da bildirdilər Biz sülh istəyirik. Sülh xoşbəxtlikdir. Xoşbəxt olaq hər birimiz.