Azərbaycan dili müəllimləri ilə görüş keçirildi
05.12.2021-ci il tarixində Bakı şəhər 155 nömrəli tam orta məktəbin kurasiyasına aid olan 12 məktəbin 9-cu siniflərində dərs deyən Azərbaycan dili müəllimləri ilə görüş keçirildi. Görüşdə buraxılış imtahanına hazırlıq səviyyəsi müzakirə olundu. BŞTİ tərəfindən təşkil ediləcək monitorinqlərin mövzularının pandemiyadan sonrakı dövr üçün tədrisindəki qarşıya çıxan problemlər və həlli yolları diqqətə çatdırıldı. Müəllimləri maraqlandıran suallara cavab verildi.