Ağdam rayonu qədim tarixə malik yaşayış məskənlərindəndir

        Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizlənmənin törədilməsi Ermənistanın əsl niyyətini qabarıq nümayiş etdirir.

         Ağdam rayonu qədin tarixə malik yaşayış məskənlərindəndir. Arxeoloji tədqiqatlar nəticəsimdə məlum oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşamış,qədim əkinçilik və maldarlıq mədəniyyətinə malik olmuşlar.

         1993-cü il iyulun 23-də Ağdam ərazisinin 73 faizi işğal olundu. Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunmuş, bunun nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş,minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

         İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizlənmənin törədilməsi Ermənistanın əsl niyyətini qabarıq nümayiş etdirir.

         Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş, həm də siyasi müstəvidə qazanıb. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimizi təhqir və qarət etmişdir.

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Ağdam şəhərində Azərbaycanın bayrağı qaldırıldı. Çıxış zamanı Cənab İlham Əliyev bu sözləri dedi: "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın".

         Bu sözlər öz torpaqlarından məcburi çıxarılmış insanların qəlbində böyük sevinc və ümid hissləri yaratdı. Məcburi köşkünlərin doğma yurdlarına dönüşü lap yaxındır.

 

http://heftexeber.az/cemiyyet/6179-ermnistan-silahli-quvvlri-trfindn-isgal-olunmus-rayonlarin-azrbaycanli-sakinlrin-qarsi-etnik-tmizlnmnin-tordilmsi-ermnistanin-sl-niyytini-qabariq-numayis-etdirir.html?fbclid=IwAR2vxzNejHtZBXdMEGmpE1Yd6KyQiMi-yoSLKB1gaDlx9kaLB0HSixwIU0M

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi