Azərbaycanın dövlət müstəqilliyi əbədidir

          Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün,həm də bütöv xalqlar, millətlər üçün ən  müqəddəs,ən şirin nemətdir. Biz azadlığımızın, yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

         1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında”Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub,Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu təsbit edilib, öz müstəqilliyini 1991-ci il 18 oktyabrda öz müstəqilliyini bərpa edib.

         Bu il Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Xalqımız ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi