Dünyada müharibənin başlanmasını sevinclə qarşılayan yeganə millətik

Dünyada müharibənin başlanmasını sevinclə qarşılayan yeganə millətik

Bir tarixi filmdə eşitdiyim “Türklər şəhadət şərbətini içməyə yürüyərək gedirlər.” sözləri öz torpağı uğrunda zəfər savaşına atılan igidlərimizin qorxmazlığını çox gözəl ifadə edir. Dünyada müharibənin başlanmasını sevinclə qarşılayan yeganə millətik. Minlərlə Azərbaycan oğulları səfərbərlik idarələrinə gedərək könüllü cəbhəyə yazıldılar. Cənab Prezidentimizin 27 Sentyabr Şəhidlərin Anım Günündə xalqa müraciətində dediyi kimi “44 günlük müharibə milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz qan tökərək bu qələbəni qazandıq”.

Təəssüflər olsun ki, 30 il ərzində biz Qarabağın müxtəlif şəhər və kəndlərinin işğal gününü yada salırdıq. Lakin düz bir il öncə başda Ali Baş Komandanımız olmaqla, şanlı ordumuz qələbə sevincini yaşatdı. 44 günlük müharibənin ilk günlərindən cəbhədən zəfər xəbərləri hər birimizin qəlbini qürurlandırdı. Düz bir il öncə doğma torpağımız olan Cəbrayılın azad olunma xəbərini Ali Baş Komandanımız Cənab İlham Əliyev xalqına şəxsən bildirdi. Cəbrayılın azad olunması ilk qələbə xəbərlərindən idi. Tarixi Xudafərin körpüsü daxil olmaqla Cəbrayıl Azərbaycanın mühüm strateji məntəqlərindən idi.

Cənab Prezidentimizin hər çıxışını xalq səbirsizliklə gözləyirdi. Çünki Ali Baş Komandanımız Azərbaycan Ordusunun zəfər sevincini özü xalqına bildirərək bizə ikiqat qürur, sevinc yaşadırdı. Həmçinin ordumuza da çox böyük ruh yüksəkliyi, yeni zəfərlərə doğru atılmaq ruhu bəxş edirdi. 44 günlük müharibə zamanı Cənab Prezidentimizin hər bir sözünü, kəlməsini həyəcanla dinləyirdik.

Dövlət başçımızın qəlbinin xalqı və ordusu ilə bir döyündüyünü, xalqı ilə birgə olduğunu hiss edirdik. Bu zəfərimiz Cənab Ali Baş Komandanımızın və onun başçılığı ilə ordumuzun qəhrəmanlıq və zəfərlə yoğrulmuş əsəri idi. Elə buna görə də müqəddəs şəhidlərimizin anım günündə Cənab Prezidentimiz öz əsgəri ilə birlikdə şəhidlərin rəsmini başı üzərinə qaldıraraq paytaxt küçələrində qürurla addımladı. Torpağı uğrunda şəhid olan qəhrəmanlarımızı dövlət başçımız çox böyük şərəf və ehtiramla yad etdi. Buna görə də biz sizə minnətdarıq, Cənab Ali Baş Komandanımız. Biz sizə minnətdarıq, şanlı şəhidlərimiz və qazilərimiz. Sizin adınız daim qəlbimizdə əbədi qalacaq.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin Dil ədəbiyyat müəllimi Humay Vəliyeva

http://heftexeber.az/.../5422-dunyada-muharibnin...

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi