15 İyun- Qurtuluş Gün
Ümummilli liderimiz H. Əliyevin qayıdışı Azərbaycan dövlətçiliyinin xilası deməkdir. Ulu öndər qayıdışı ilə Azərbaycan dövlətçiliyini xarici qüvvələrdən və daxildə olan vətən xainlərinin satqın əməllərdən qorudu.
Azərbaycanı bir dövlət olaraq məhv olmaq təhlükəsindən xilas etdi.
H .Əliyev yüksək idarəetmə qüvvəsinə malik idi. Bu fitri istedad, qüvvə Ulu öndərimizə İlahidən bəxş olunmuşdu. Buna görə də nə qədər Azərbaycan xalqı, dövləti var Ulu öndərimiz yaşayacaq və biz millət olaraq Ümummilli liderimizə borcluyuq.
Sabunçu rayonu C.Məmmədyarov adına 155nömrəli məktəbin şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva "15 İyun- Qurtuluş Günüdür" adlı tədbir təşkil etdıilər.
Tədbirdə bu günün tarixi əhəmiyyəti ilə bağlı məktəb rəhbərliyi- direktor R. İbrahimova , direktor müavinləri R. Hacıyeva və V. Məmmədova qiymətli fikirlər söylədilər.
Humay müəllimə şagirdlərlə birgə Qurtuluş günü ilə bağlı paylaşımlar etdilər.
Tədbirdə həm şagirdlər, həm də müəllimlər Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd etdilər.