28 may Müstəqillik günü
Şimali Azərbaycanın Milli dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi yolunda!.
İstiqlal bəyannaməsi mayın 27 də seymin Azərbaycan fraksiyasının toplantısında xalqın vətənpərvər siyasi xadimləri ölkənin idarə edilməsi vəzifəsini dərhal öz üzərinə götürdüklərini elan etdilər və Azərbaycanın Milli Şurasının yaradıldığı haqqında qərar qəbul olundu.
Şuranın sədri M.Ə.Rəsulzadə, icra orqanı rəhbəri isə F.Xoyski seçildi. Mayın 28 də Milli Şuranın iclasında Azərbaycanın vəziyyəti haqqında məruzə edən Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqil respublika elan olunmasının vacibliyini əsaslandırdı.
Milli Şura səs coxluğu ilə Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi. 1918 ci il mayın 28 də xalqımız müstəqil dövlətçiliyini bərpa etdi. 23 ay davam edən müstəqil Azərbaycan bir cox yeniliklərə imza atdı. Mənfur qonşularımız nə qədər istəsələrdə Azərbaycanın əzmini qıra bilmədi və bilməyəcəkdə. Azərbaycanın müstəqilliyi əbədi olaraq qalacaq! Yaşasın müstəqil azad Azərbaycan !