Gəlişinlə qurtulubdur bu vətən!
Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay məktəbin şagirdləri ilə birgə "Heydər Əliyev- xilaskarımız" mövzusunda onlayn tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Haacıyeva şagirdləri iştirak etdi.
Şagirdlər Ümummili liderimiz haqqında şeirlər söylədilər.
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva öz şagirdlərinə Ulu öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verdi. Ümummili liderin müdrik dövlət xadimi, uzaqgörən siyasətçi olduğunu diqqətə çatdırdı. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin dövlətimizi bütün sahələrdə - mədəniyyət, maarif, hərb, sənaye, kənd təsərrüfatı strukturunda irəli apardığını qeyd etdi.
Bu günkü Zəfər tariximizin memarı məhz Ümummilli liderimizin olduğu xüsusilə vurğulandı. Həmçinin müxtəlif videolentlərlə H. Əliyevin həyatının müxtəlif anları canlandırıldı. Ulu öndərin Şuşaya səfəri, Vaqif məqbərəsinin açılışı, "Azərbaycan" şeirini əzəmətli şəkildə söyləməsi , "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri tədbir iştirakçılarının qəlbini riqqətə gətirdi.
Bu tədbir vasitəsilə müəllim və şagird kollektivi Ulu öndər Heydər Əliyevin ruhu qarşısında ehtiram nümayiş etdirdilər.
Ümummilli liderimiz həmişə bizim qəlbimizdəsiniz!