Gəlişinlə qurtulubdur bu vətən!
Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən
Ulu bir sərkərdə, ulu bir öndər.
Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, ölkənin tarixini yazmaq lazım gəlir. Heydər Əliyev məhz belə xoşbəxt adamlardan idi. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir,onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş,bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət tarixçilərin, filosofların və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Haqqında yazılmış şerlər, bəstələnmiş mahnılar dillər əzbəri olacaqdır. Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin Ölməz idealarının əbədi olduğunu bir daha sübut edir.Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olmuşdur.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin ad gününə həsr edilmiş tədbirimizdə dahi şəxsiyyətin dildən düşməyən kəlamları, şerlər, həyat yolu VIII sinif şagirdlərinin dili ilə səsləndi. Xarici görkəmli dövlət xadimlərinin Heydər Əliyev haqqında olan fikirləri dinlənildi.
Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rəfiqə Hacıyeva, tarix müəllimləri Elza İmanova, Zəminə Vəliyeva və Aynurə Musayeva çıxış edərək Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərin əvəzsiz olduğunu vurğuladılar. Varisi, cənab prezidentimiz İlham Əliyevin atasının layiqli davamçısı olduğunu qeyd etdilər. Ulu öndərin özünün də dediyi kimi –“İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.”
Biz fəxr edirik ki, Azərbaycanlıyıq, Ulu öndər nəvələriyik!