Nizami Gəncəvi öz dəst-xətti ilə seçilən dünyəvi şairimizdir

"Nizami dünyası" adlı intellektual müsabiqənin məktəb mərhələsi təşkil edildi. Müsabiqədə suallar Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun müdrik kəlamları və görkəmli  şəxsiyyətlərin onun haqqında söylədiyi fikirlər əsasında tərtib edildi.

Müsabiqədə IX – X sinif şagirdləri iştirak etdilər. Müsabiqənin qalibi X sinif şagirdi Məmmədli Nilufər Dilsuz qızı oldu.Müsabiqəni Azərbaycan dili və ədəbiyyatı müəllimləri Cəbiyeva Gülnar, Tağıyeva Çinarə, Hüseynova Kəmalə təşkil etdilər.

         Müsabiqənin məktəb mərhələsində tərbiyə işləri üzrə direktor müavini Rəfiqe Hacıyeva, Uşaq birliyi rəhbəri Arzu Məmmədova da iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi