Sən sağ olasan, Vətən

Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. 7 b sinif şagirdi Abdullayeva Xəyalə ürək parçalayan sözlərini şeir parçası ilə ifadə edir.

Oğlu şəhid olanda çox üzüldü anası

Bu gün vətən yolunda fəda idi balasi.

Min bir əziyyət ilə çatdırdı boya-başa

Öz halal zəhmətilə gətirdi əsgər yaşa,

Baxıb boy- buxununa fərəhli danışırdı.

Nişan, toy ümidi ilə yanardı, alısardı.

Oğlan öz gücüylə, hünəriylə öyünərdi.

O dağ boyda ürəyi vətənlə döyünərdi.

Gedirəm Qarabağa qayıdacam, ay ana,

 

Sən bir az da möhkəm ol, baxma, dosta- düşmənə

Allah səbr verəcək bir il altı ay sənə.

Qələbəylə gələrəm biz qovuşarıq yenə

Nəhayət, çağırdılar oğlunu hərbi xidmətə

Geydi hərbi formasın "sağ ol "-dedi hər kəsə

Ana açıb əllərin hər gün dua edirdi.

"Rəbbim, qoru balamı" ağlayaraq deyirdi,

İyul döyüşlərində şəhid oldu general.

Artıq hamı anladı yetişibdir həmin an

Cəmi 2 ay keçdi başladı müharibə.

Cəmi 2 ay sonra silahlar dindirildi.

Düşmənə neçə-neçə zərbələr endirildi.

Ana hər gün köksünə dağ üstə dağ basırdı.

Nə evdə bir çay qoyurdu, nə bir qazan asırdı

Deyirdi: balam orda düşmənlə göz- gözədir

Buna görə hər günüm qara zülmət gecədir.

Daha bilmirdi oğlu qovuşub şəhadətə.

Şəhid xəbəri çatıb rayonda hər kəsə

Anaya necə deyək? Yıxıb onu qəm- kədər.

Eşidəndə bunları fəryadı ərşə gedər.

Tək oğlunun nəşini bayraqda gətirdilər.

Gül parça balasını əbaya yetirdilər.

Hamı gözləyirdi ki, o, saçların yolacaq.

Bəlkə, qohum-qonşunu həyətdən də qovacaq.

"Mən şəhid anasıyam"- haray verdi o, qadın

Mənim balam yazıbdır tarixə öz adın.

Məğrur dayanmalıyıq, ey şəhid anaları.

Vətən üçün böyütmüşük dağ kimi balaları.

Bu gün cənazəsini çiynimdə aparsam da

Böyük yük götürüb xalqın çiyinlərindən

Anamın gözlərindən yaş süzüldu yanağına

Tez sildi bildirməsin nə dosta, nə qırağa

Beləliklə, məğrurca saldı yola oğlunu.

Onunla dəfn eylə minlərlə arzusunu.

Hamı düşünürdü tənha qalmış ananı

Tək bu idi təsəlli, tək bu idi gümanı.

Qəhrəman şəhidlərin qəhrəman anaların.

Mənim balam cənnətdə nur içində yatıbdır.

Ən uca zirvəyə- şəhadətə çatıbdır.

Öz canıyla, qanıyla xalqa sevinc gətirdi.

30 illik həsrətə nida qoyub bitirdi.

Hər bir elin şəhid övladı olur, şəhid anası!

Rəbbim rəhmət eyləsin, rahat yatsın balan!

Bu azad torpaqları qazansaqda qan ilə

Şəhidlər nida qoydu həsrətli 30 ilə!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi