Zəngəzur dəhlizi bir əsr
Zəngəzur dəhlizi bir əsrdən artıq bir – birindən ayrı qalan torpaqları birləşdirməklə, Avropa və Asiya arasında əsas tranzit xəttinin yaranmasını təmin edəcək.
Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini, onun bir parçası olan NaxçıvanMuxtar Respublikası ilə birləşdirən nəqliyyat dəhlizidir.
Zəngəzur mahalı ən qədim dövrlərdən hər zaman Azərbaycan torpağı olub. Qafan, Görus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.
Zəngəzur Çar Rusiyası dövründə Yelizavetapol quberniyasının tərkibində olub. 1905 – 1907 və 1914 – 1920 – ci illərdə erməni dəstələri tərəfindən yarım milyon yerli əhali öldürülməklə 115 müsəlman kəndi yer üzündən silindi.
1920 – ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarə ilə Ermənistana verilidi.
1929 – cu ildə Azərbaycan SSR - ə aid olan9 kəndin Ermənistanın Mehri rayonuna birləşdirilməsi ilə Zəngilanla Naxçıvan arasına sərhəd çəpərləri çəkilmişdir.
1988 – ci ildə Zəngəzurdan, Göyçədən, Dərəlyazdan, İrəvandan və Vedidən Azərbaycanlılar dədə - baba yurdlarından qovuldular. Onlara məxsus yüzlərlə maddi – mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq, məhv edildi.
Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması, Zəngəzurun Azərbaycandan qopardılması Türk dünyasını parçalamaq məqsədi daşıyırdı.
2020 – ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın 9 – cu bəndinin qəbul edilməsi 44 günlük Vətən Müharibəsində qazanılmış böyük zəfərin nəticəsidir. Vaxtilə Atatürkün “Türk qapısı” adlandırdığı Zəngəzur dəhlizinin açılması türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq.
Zəngəzur dəhlizi bir əsrdən artıq bir – birindən ayrı qalan torpaqları birləşdirməklə, Avropa və Asiya arasında əsas tranzit xəttinin yaranmasını təmin edəcək.
Azərbaycan prezidenti İlham Əliyev cənabları Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayır.
Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir.
Zəngəzur dəhlizi Azərbaycan xalqının tarixi yurd yerlərinə qayıdışının əsasını qoyacaq.
Sabunçu qəsəbəsi C.Məmmədyarov adına 155 nömrəli məktəbin hərbi rəhbəri Qabil Rəhimov.
http://heftexeber.az/.../2236-zngzur-dhlizi-bir-srdn...