Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri və yeniyetməlik yaş böhranı
Məktəbin psixoloqu Əsgərova Şəbnəm yeniyetməlik yaşında olan şagirdlər arasında "Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri və yeniyetməlik yaşı böhranı" adlı onlayn təlim keçirdi.
Təlimin məqsədi bu yaş dövrünün xüsusiyyətləri və böhran yaşı ilə əlaqədar şagirdlərə məlumat vermək, yeniyetməlik yaşında uşaqların rastlaşdıqları çətinlik və onların həlli yolları barədə maarifləndirici söhbət aparmaq idi. Təlimdə tərbiyə işləri üzrə direktor müavini Rəfiqə Hacıyeva da şagirdlərə öz tövsiyələrini verdi.