"İntiharın profilaktikası" mövzusunda vebinar
Məktəbin psixoloqu Əsgərova Şəbnəm yeniyetmələr arasında "İntiharın profilaktikası" mövzusunda vebinar keçirdi. Vebinarın məqsədi son zamanlar cəmiyyətdə tez- tez baş verən intihar hallarının qarşısını almaq və bununla bağlı şagirdlərlə maarifləndirici söhbət aparmaqdır.
Təlim zamanı psixoloq şagirdlərə intihar, onun baş vermə səbəbləri və profilaktikası, həmçinin intihar etmək istəyən şəxsə necə psixoloji-emosional yardım etmək haqda məlumat verdi.