Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tututlur.

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tututlur.

Azərbaycan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qarışıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda dövlətimizi mühüm məsələ gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsidir.

Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020 – ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdırıb. Ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək.

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası, müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tututlur. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. İndiyənədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri – neft sektoruna yeni yerli və xarici investisiaların cəlb olunmasımna zəmin yaradacaq.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bir neçə mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsidir.

Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlıq nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulub. Bütövlükdə bu ərazilərimizin yaxın illərdə yüksək səviyyədə bərpa olunacağına, qeyri – neft sektorunun inkişafına inanırıq. Bu layihələrə hamılıqla dəstək olmalıyıq.

Sabunçu qəsəbəsi, C.Məmmədyarov adına 155 nömrəli məktəbin fizika müəllimi Pərvanə Hüseynova

http://heftexeber.az/.../2190-azad-olunmus-butun-shrlrin...

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi