Nizami Gəncəvinin yaradıcılğı haqqında konfrans
Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay tərəfindən Nizaminin yaradıcılığında bəşəri duyğular mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda Nizaminin elm dünyası, türçülük ideyalarına xüsusi diqqət yetirildi. Nizami Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük dühadır.
2021 - ci ilin Nizami Gəncəvi ili elan edilməsi xüsusi təsadüfi deyildi. Çünki Nizami türk dünyasını hər zaman uca tutmuş, möhtəşəm görmüşdü. Şairə görə türklük - ədalət, vəfa, sədaqət, doğruluq, düzgünlük, gözəllik simvolu idi.
Nizami bəşəri duyğuları təbliğ etdiyi üçün hər zaman müasir olub və olacaq.
Tədbirdə şagirdlər də Nizami əsərlərindən parçalar səsləndirdilər, Nizaminin hikmətli kəlamlarından sitatlar gətirdilər.
Konfransda "Nizami" filmidən fraqmentlər təqdim olundu. Şagirdlərin Nizami ilə bağlı hazırladığı videoçarx nümayiş olundu.