"Gender problemi" adlı onlayn təlim keçirildi

Məktəbin psixoloqu Əsgərova Şəbnəm VIII sinif şagirdləri ilə "Gender problemi" adlı onlayn təlim keçirdi. Təlimdə gender və cins anlayışlarının müqayisəsi göstərildi. Gender bərabərliyi haqqında məlumat verildi. Həmçinin gender zorakılığı və onun yaratdığı problemlərdən danışıldı. Şagirdlərlə gender zorakılığının səbəbləri və onunla mübarizə haqqında müzakirə aparıldı.

         Təlimdə məktəbin direktoru Ruhiyyə İbrahimova, tərbiyə işləri üzrə direktor müavini Rəfiqə Hacıyeva və UBTR Arzu Məmmədova da iştirak edirdilər.

 Direktor müavini Rəfiqə Hacıyeva da mövzu ilə əlaqədar şagirdlərə öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi