1 Mart Ümumdünya Mülki Müdafiə günü

1 Mart tarixində məktəbin 6a sinfində "1 Mart Ümumdünya Mülki Müdafiə günü" haqqında dərs keçirildi.

Bu tədbirlərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəlimi H. Vəliyeva tərəfindən 6A sinfinin şagirdləri ilə birgə keçirilmişdi.

Tədbirdə Mülki müdafiə günün yaranması tarixi, Mülki müdafiə nədir,  məqsədi , vəzifələri barədə geniş söhbət açıldı. Ölkəmizdə Mülki müdafiə işlərinin əhatə dairəsi, baş vermiş təbii fəlakətlər zamanı FH Nazirliyi tərəfindən görülmüş işlər barədə məsələlərə geniş toxunuldu. Sabirabad və digər rayonlarda Kür daşqınları zamanı, Şamaxı zəlzələsi zamanı Prezidentimizin və dövlətimizin zərər çəkmiş vətəndaşlara dəstəyi slaydlar və video görüntülərlə canlandırıldı. Həmçinin, Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə, Tərtərdə əhalinin mühafizəsi , düşmən hücumundan zərər çəkmiş insanlara göstərilən mənəvi və fiziki yardımdan söhbət açıldı. Videogörüntülərdə dəhşətli faciə zamanı FH Nazirliyinin əməkdaşlarının xilasetmə işlərində gərgin əməyi öz əksini tapmışdı.

Covid - 19 pandemiyası zamanı əhalinin sağlamlığı ilə bağlı dövlət əhəmiyyətli görülmüş işlər də diqqətə çatdırıldı .

Sonda şagirdlırin Mülki müdafiə ilə bağlı bilməli olduğu zəruri biliklər də xatırlandı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi