1 Mart Ümumdünya Mülki Müdafiə günü
1 Mart tarixində məktəbin 5a sinfində “1 Mart Ümumdünya Mülki Müdafiə günü” haqqında dərs keçirildi.
Tədbirdə məktəbin direktoru Ruhiyə İbrahimova, qərargah rəisi Vəfa Məmmədova və ingilis dili müəllimi Natiqə Nəsirova iştirak edirdilər.
Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.