Xocalım ay Xocalım adlı online tədbir

8b sinfində sinif rəhbəri Aynurə Musayeva Xocalım ay Xocalım adlı online tədbir keçirdi.

Xocalı faciəsi XX əsrin ən ağır faciəsidir!Sinəsinə vurulan bir yaranın acısı, sızıltısı hələ sızım –sızım sızıldayarkən, 20 Yanvar dəhşəti qəlblərdə, yaddaşlarda göynəyərkən yeni bir soyqırımı yaşadıldı xalqıma! Ermənilər bu soyqırımı düşünülmüş, planlı şəkildə həyata keçirmişlər. Gözlərini qan tutmuş ermənilər quduzlaşmış rus əsgərləri ilə birləşərək Xocalıya divan tutdular. O gün dağ da, daş da bu terrora üsyan etdi. Axan çaylar hönkür hönkür ağladı.

613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. Lakin onların qısası yerdə qalmadı  44 günlük Vətən müharibəsi qəhrəmanları sübut etdi ki, Azərbaycan xalqı heç nəyi unutmur!

Xocalı faciəsinə həsr edilmiş tədbirdə 8b sinif şagirdləri öz məlumat və şeirləri ilə bu günü yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi