“Xocalını unumadıq, unutmarıq”
Məktəbin 7 c sinif şagirdlərinin iştirakı ilə “Xocalını unumadıq, unutmarıq” adlı online tədbir keçirildi .
Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavini Rəfiqə Hacıyeva da iştirak etdilər.
7 c sinfinin rəhbəri Mirzəyeva Könül giriş sözü ilə çıxış edərək Xocalı soyqırımının Azərbaycanın ən dəhşətli, ən faciəli səhifələrindən biri olduğunu qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini belə qiymətləndirmişdir: “Bu təkcə xocalılara deyil, təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı yönəldilmiş bir cinayət aktıdır”.
Sonra şagirdlər: Bayramova A, Atakisiyeva A, N.Həsənzadə və basqaları Xocalı faciəsi haqqında fikirlərini bildirdi, şeirlər söylədi. Sonda məktəbin director müavini Rəfiqə Hacıyeva çıxış etdi.