"Narkomaniyaya yox deyək" adlı onlayn təlim keçirildi

Məktəbin psixoloqu Əsgərova Şəbnəm IX sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək" adlı onlayn təlim keçirdi. Təlimdə narkotik maddələr və onların törətdiyi faciəvi nəticələr, həmçinin onlardan müdafiə yolları haqqında maarifləndirici söhbət aparıldı. Sonda əsrin bəlası olan narkotiklərlə bağlı videoçarxda narkomaniyanın yaşatdığı bəlalar əyani şəkildə uşaqlara nümayiş etdirildi və müzakirə edildi.

 Təlimdə tərbiyə işləri üzrə direktor müavini Rəfiqə Hacıyeva və UBTR Arzu Məmmədova da iştirak etdilər. Tərbiyə işləri üzrə direktor müavini də mövzu ilə bağlı öz tövsiyələrini şagirdlərə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi