“Nadanlıq” əsərinin müzakirəsi
Azərbaycan dili və ədəbiyyat müəllimi şagirdlərdə mütaliəyə həvəsi daha da artırmaq, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək üçün N. Nərimanov “Nadanlıq” əsərinin müzakirəsini IX sinif şagirdlərinin bir qismi ilə təşkil edib.
Uşaqlar ilk növbədə əsərin məzmunu haqqında qısa məlumat verib, daha sonra obrazları xarakterizə edib, müəllimin sualları əsasında əsəri təhlil edib və ideyanı müəyyən ediblər. Əsərdə toxunulan bəzi məqamlar N. Vəzirov “Müsibəti-Fəxrəddin”, M. F. Axundov “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah” əsərləri ilə müqayisə edilib. Əsərdə tənqid edilən bəzi hadisələrin günümüzlə səsləşməsinə və hələ də aktual problem olduğuna aid fikir mübadiləsi aparılıb.
|