Pedaqoji şura keçirildi
30 yanvar 2021 – ci il tarixdə Saat 11:30 – da Pedaqoji Şuranın Microsoft Teams platforması üzərindən I yarımilin yekunlarına həsr olunmuş bu yarımilin sonunçu online iclası keçirildi.
Pedaqoji Şurada sinif rəhbərlərinin və direktor müavinlərinin hesabtları dinlənildi.
01.02.2021-ci il tarixdə əyani təhsilin başlaması ilə əlaqədar ibtidai sinif müəllimlərinə tapşırıqlar verildi. Əyani və distant formada keçiriləcək dərslərin cədvəli təsdiq edildi.
Əyani qiymətləndirmədə iştirak edəcək şagirdlərin adlı siyahısı Pedaqoji Şura üzvlərinə təqdim olundu. Qiymətləndirilmənin təşkili və keçirilməsi üçün qaydalar müəyyən edildi. Distant qiymətləndirmənin aparılması zamanı yol verilən nöqsanlar təhlil edildi və fənn müəllimlərinin hesabatlarının direktor müavinləri tərəfindən toplanıb, araşdırılması tapşırığı verildi.