20 Yanvar faciəsinin otuz birinci ildönümü
Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021 –ci il tarixli, F –05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 –cı bəndini rəhbər tutaraq 19 yanvar 2021 – ci il tarixdə tədbirlər planına müvafiq olaraq milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş foto və rəsm sərgisinin, kompozisiyaların (onlayn) təşkili həyata keçirildi.