Şəhid Cəbrayıl Dövlətzadə haqqında
Bədəlova Ramilə Ramin qızı Sabunçu rayonu C.Məmmədyarov adına 155 saylı orta məktəbin VIII sinif şagirdi Qarabağın qəhrəman oğullarında olan Cəbrayıl Dövlətzadə haqqında yazdığı məlumat.
Tarixi keçmişə nəzər salsaq görərik ki,bütün müharibələr dağıntılar,insan ölümləri və faciələrlə müşaiyət olunur. Təəssüflər olsun ki,müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də, Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları bahasına Azərbaycanın əzəli torpaqları bərpa edildi. Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq,vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən,dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar.
Azərbaycanın belə mərd oğullarından biridə Polad Həşimovun qisasını alan 19 yaşlı Cəbrayıl Dövlətzadədir. İndi 19 yaşlı bu gənc qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. O düşmənin bir generalını və palkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu,general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.Döyüş yoldaşları bildirirdilər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edib. Özü tək başına 10a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də qəhrəmancasına şəhid olub.Ali baş komandanın göstərişi İkinci Fəxri Xiyabanda general Polad Həşimovun məzarının yanında dəfn olunub.
Əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət etsə də,özü ərizə hazaraq könüllü döyüşlərə qatılmaq istədiyini bildirib. Valideynləri və dostları onun mərd,qüvvətli bir gənc olduğunu deyirdilər.