"Mən gözəl yazıram" adlı müsabiqə

Covid-19 pandemiyası dövründə şagirdlər evdə qalmalı oldular. Belə bir vaxtda Azərbaycan müəllimi ürəkdən gələn səsə qulaq asıb şagirdlərlə heç bir göstəriş olmadan onlayn dərslərə başladılar. Zoom, Microsoft Teams, Whatsapp müxtəlif proqramlardan istifadə edərək öz şagirdləri ilə ünsiyyət qura bildilər. Azərbaycan müəllimi bu günlərdə nəinki dərs proqramlarının həyata keçirilməsində həmçinin bütün milli bayramların, tədbirlərin onlayn keçirilməsində də fəallıq göstərdilər. Təqdimatlar, yarışlar, müxtəlif tədbirlər keçirildi. Bu gün Sabunçu rayonun 75, 142, 155, 198, 209 saylı tam orta məktəbinin 1-ci sinif şagirdləri arasında yazı texnikası qaydalarının inkişaf etdirilməsi məqsədilə "Mən gözəl yazıram" adlı müsabiqəyə yekun vuruldu. Məktəbin 1-ci sinif şagirdləri arasında keçirilən onlayn ən yaxşı yazı seçilərək müsabiqəyə təqdim edildi. Əziz Fb izləyiciləri məktəblərin nömrələri anonim saxlanılır. Anonimliyi qorumaq məqsədilə 5 məktəbin ən yaxşı işi rəqəmlərlə nömrələnmişdir. Xoşunuza gələn işlərin nömrəsini yaza bilərsiniz. Hamıya uğurlar. Ən gözəl xətlə yazan şagirdimizi seçək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi