IX siniflər üzrə monitorinq təşkil olundu
Monitorinqdə məktəbin fənn müəllimləri tərəfindən hazırlanmış buraxılış imtahanın I mərhələsini əhatə edən suallardan ibarət sınaq kitabçalarından istifadə olundu.
Məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavini Vəfa Məmmədova və digər fənn müəllimləri nəzarət edirdilər.
Məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavini Vəfa Məmmədovanın təşkilatçılığı ilə keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.
Təşkil olunmuş monitorinq zamanı şagirdlərin azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.
Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.