İngilis dili aylığı davam edir

7c sinfində Nərmin Hüseynova ingilis dili fənninən I love flowers (Mən gülləri sevirəm)mövzusu üzrə açıq dərs keçdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Vəfa Məmmədova, fənn müəllimləri və valideynlər iştirak edirdilər.
Dərs motivasiya sualı ilə başlanıldı. Şagirdlər öz fikirlərini söylədilər sonra isə tədqiqat sualı ətrafında müxtəlif cavablar səsləndirildi.
Şagirdlər “Qızılgül və “Nərgiz gülü” adlı iki qrupa ayrıldılar və verilmiş tapşırıqları yerinə yetirdilər. Daha sonra meyarlar üzrə qiymətləndirildi.
Yaradıcı tətbiqetmədə isə müxtəlif tapşırıqlar və oyunlar vasitəsilə dərs davam etdirildi.
Daha sonra dinləmə mətni verildi və şagirdlər mətnə qulaq asıb, tapşırıqları yerinə yetirdilər. Ümumiləşdirmə və nəticə olaraq müəllim yekunlaşdıraraq bir daha bu gün öyrəndiklərimizi təkrar etdi və tədqiqat sualının cavabını qeyd etdi.