Nəyi?, Niyə?, Necə? Öyrədirik adlı 3-cü seminar keçirildi

 

Məktəblilərin qış tətili günlərindən istifadə edib müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə 29.01.2020-ci il tarixində məktəbimizdə təşkil olunmuş "Nəyi? Niyə? Necə? öyrədirik" adlı silsilə seminar-müzakirələrimizin 3-cü,sonuncu günü Azərbaycan dili müəllimlərinin iştirakı ilə yekunlaşdi.

Seminarı giriş sözü ilə açan 155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova qonaqları salamlayaraq onlara əməkdaşlıq üçün təşəkkür etdi.Sonra o, müəllimlərin məktəbdaxili qiymətləndirmədə ən çox buraxdıqları səhvlərə toxunaraq bunun birbaşa son nəticəyə- buraxılış imtahanının nəticələrinə təsirindən danışdı.Sualların hazırlanmasında müəllimlərə qiymətləndirmə səviyyələrindən istifadə qaydalarını izah etdi.

Bundan sonra söz 155 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Çinarə Tağıyevaya verildi.Çinarə müəllim öz təqdimatında buraxılış imtahanlarında şagirdlərin ən çox çətinlik çəkdikləri suallar və o sualları əhatə edən bölmələrdən söhbət açaraq bu istiqamətdə şagirdləri necə yönləndirməklə müsbət nəticələr əldə etməkolacağıını vurğuladı.Sonra müəllimlər qeyd olunan suallar və bölmələr üzrə daha optimal yolların araşdırılması üçün qruplara bölündülər. Hər qrup ona verilən tapşırıq üzrə fikir mübadiləsi apararaq təqdimat etdilər. Seminar müəllimlərin işgüzar müzakirələri və əməkdaşliq şəraitində başa çatdı.

Seminarda Sabunçu rayonunun 67, 68, 198, 155, 305, 209 və 148 nömrəli məktəblərini təmsil edən 13 müəllim iştirak edirdi.

27, 28, 29 yanvar tarixlərini əhatə edən üç seminar boyunca bizimlə əməkdaşlıq edən Sabunçu məktəblərinə və onların direktorlarına dərin hörmət və ehtiramımızı bildirirk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi