Nəyi?, Niyə?, Necə? Öyrədirik adlı 2-ci seminar keçirildi

Tətil günlərində buraxılış fənlərindən dərs deyən müəllimlərin peşəkar inkişafı üçün seminar-müzakirələrin təşkili nəzərdə tutulub.

Buna görə də qrafikə uyğun olaraq məktəbimizdə buraxılış siniflərində dərs deyən riyaziyyat müəllimlərinin iştirakı ilə 28.01.2020-ci il tarixdə "Nəyi?, Niyə?, Necə? Öyrədirik adlı 2-ci seminar baş tutdu.

SeminardaSabunçu rayonunun 12 məktəbindən 30-a yaxın riyaziyyat müəllimləri iştirak edirdilər.Seminarı giriş sözü ilə açan 155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova qonaqları salamladıqdan sonra müəllimlərin peşəkar inkişafının dəstəklənməsi üçün həmkar dəstəyinin ,eyni ixtisaslı müəllimlərin bir araya gələrək müzakirələr aparmanın müsbət tərəflərindən danışdı. O, çıxışında müəllimlikdə müvəfəqiyyətin həssas nöqtələri mövzusuna toxunaraq riyaziyyat kimi çətin bir elmin öyrəlidməsində müəllim faktorunun danılmazlığını xüsusi vurğuladı.

Sonra sözü 188 nömrəli məktəbin riyaziyyat müəllimi Esmira İsmayılovaya verdi. Esmira müəllim təqdimat edərək şagirdlərin buraxılış imtahanlarında qarşılaıdıqları çətinliklər, onların aradan qaldırılması yollarından danışdı. Riyaziyyat dərslərində sinifin idarə olunması məslələrinə toxundu. Bundan sonra iştirakçılar qrup işlərinə cəlb olundu. Hər qrup ona verilən müxtəlif tapşırıqların sinifə necə izah edə bilərəm sualına cavab axtardı. Təqdimatlar yüksək işgüzar əhvalda davam etdi. Çay fasiləsində məktəbin direktoru Ruhiyyə İbrahimova müəllimlərə məktəbdaxili qiymətləndirmədə ən çox buraxılan səhvlər barəsində məlumat verdi.Seminar- müzakirə müəllimlərin ruh yüksəkliyi və işgüzar təəssüratları ilə yekunlaşdı.

Növbəti seminar-müzakirə 29.01.2020-ci il tarixdə Azərbaycan dili müəllimləri üçün keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi