Nəyi?, Niyə?, Necə? Öyrədirik adlı 1-ci seminar keçirildi
Tətil günlərində buraxılış fənlərindən dərs deyən müəllimlərin peşəkar inkişafı üçün seminar-müzakirələrin təşkili nəzərdə tutulub.
Buna görə də qrafikə uyğun olaraq məktəbimizdə buraxılış siniflərində dərs deyən ingilis dili müəllimlərinin iştirakı ilə 27.01.2020-ci il tarixdə "Nəyi?, Niyə?, Necə? Öyrədirik adlı 1-ci seminar baş tutdu.
Seminarda187, 67, 307, 188, 209, 198, 68, 305, 148 və 155 nömrəli məktəblərin ingilis dili müəllimləri iştirak edirdilər. Seminarı giriş sözü ilə açan 155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova qonaqları salamladıqdan sonra müəllimlərin peşəkar inkişafının dəstəklənməsi üçün həmkar dəstəyinin, eyni ixtisaslı müəllimlərin bir araya gələrək müzakirələr aparmanın müsbət tərəflərindən danışdı. Sonra sözü 155 nömrəli məktəbin ingilis dili müəllimi Bənövşə Mirzəyevaya verdi.Bənövşə müəllim ingilis dilində təqdimat edərək şagirdlərin buraxılış imtahanlarında qarşılaıdıqları çətinliklər, onların aradan qaldırılması yollarından danışdı.Bundan sonra söz 155 nömrəli tam orta məktəbin müəllimi Nərmin Hüseynovaya verildi. Nərmin müəllim də öz növbəsində ingilis dili dərslərində sinifin idarə olunması məslələrinə toxundu. Bundan sonra iştirakçılar qrup işlərinə cəlb olundu. Hər qrup ona verilən müxtəlif tapşırıqların sinifə necə izah edə bilərəm sualına cavab axtardı. Təqdimatlar yüksək işgüzar əhvalda davam etdi. Çay fasiləsində məktəbin direktoru Ruhiyyə İbrahimova müəllimlərə məktəbdaxili qiymətləndirmədə ən çox buraxılan səhvlər barəsində məlumat verdi.Seminar- müzakirə müəllimlərin ruh yüksəkliyi və işgüzar təəssüratları ilə yekunlaşdı.
Növbəti seminar-müzakirə 28.01.2020-ci il tarixdə riyaziyyat müəllimləri üçün keçiriləcək.