28.04.2016 - cı il tarixdə məktəbimizdə Şahmat turniri keçirildi.
Bakı Şəhərində keçiriləcək Ümumdünya Şahmad olimpiadasının təbliğinə həsr edilmiş Ümumtəhsil məktəblərinin komandalarının formalaşdırılması məqsədilə məktəbimizdə keçirilən bu yarışda şagirdlər və valideynlər fəal iştirak etdilər. Turnirin yekun nəticəsi olaraq müəllim Səfərli Mehman Telman oğlu, valideynlərdən Şükürova Günay Oqtay qızı, şagirdlərdən 1 b sinif şagirdi Qəribov Ayxan İlqar oğlu, 4 c sinif şagirdi Ağayeva Fatimə Rubail qızı yarışın qalibi seçildilər.