Tarix aylığı
5b sinfində tarix müəllimi Könül Mirəzyeva Gülüstan qalası yoxsa Azərbaycan mövzusunda açıq dərs keçdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Vəfa Məmmədova və tarix müəllimi Aynurə Musayeva iştirak edirdilər.
Gülüstan qalası Şamaxı şəhərinin şimal-qərbində, sıldırım qayalı bir dağın zirvəsində tikilmişdir. Əngəxaran kəndinin yanında yerləşir. Vaxtilə Şirvanşahların qərargahı və hərbi istehkam məntəqəsi olmuş bu qala tarix boyu baş verən vuruşmalar və zəlzələlər nəticəsində tamamilə uçulub dağılmış, indi onun yalnız bəzi bürc, divar və binalarının xarabalıqları qalmışdır.