Məktəbdə valideynin bir günü

2019 – cu təqvim ilində təşkil olunmuş görüşlərin davamı olaraq valideynləri məktəb daxilində həyata keçirilən layihələrə, reallaşdırılmış fəaliyyətlər və onların nəticələri ilə tanış etmək lazımı prosesdir.

Bu məqsədlə məktəbimizdə ” Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. 

Məktəbin direktoru Ruhiyyə İbrahimova layihə barədə qonaqlara geniş məlumat verdi. Hər zaman məktəbə iclasa , dərs dinləməyə, şikayət etməyə və ya eşitməyə gələn valideynlər bu dəfə qonaq kimi dəvət olunublar. Valideynlərin təhsildə iştirakı onların övladlarının təhsilinə birbaşa cəlb olunması məktəbin inzibati və pedaqoji heyəti ilə birgə təhsilalanların öyrənmə prosesində böyük əhəmiyyətə malikdir. “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində layihənin icrası zamanı təlimata uyğun olaraq əvvəlcə ümumtəhsil müəssisəsi ilə əyani tanışlıq keçirilmiş və mütaliə vərdişləri ilə bağlı şagirdlərin çıxışları dinlənildi. “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində bu dəfə nümunəvi davranışlarına görə şagirdlər yox, onları boya-başa çatdıran valideynləri təltif olundu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin robotiksləri “Valideynin məktəbdə bir günü” layihəsində öz rəqslərini nümayiş etdirdilər. “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində ibtidai sinif şagirdləri “Yol hərəkəti qaydaları” adlı səhnəciklər təqdim etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi