Kargüzarlıq təlimi

TİPİİ-də Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi çərçivəsində həyata keçirilən təlimlər yekunlaşdırılıb.
Ümumtəhsil müəssisələrində bu işi həyata keçirən şəxslər üçün nəzərdə tutulan təlimlərin təşkilində məqsəd iştirakçılara rəsmi sənədlərin hazırlanma, təqdimatların tərtibi, elektron poçt vasitəsilə işgüzar yazışma qaydaları daha detallı şəkildə öyrətmək, onlarda səmərəli ünsiyyət bacarıqları formalaşdırmaqdır.
Layihənin faəliyyət cədvəlinə uyğun olaraq üçüncü – sonuncu qrup üçün təlimlər 25 noyabr – 06 dekabr tarixlərində keçirilmişdir və təlimin sonunda Günay Şükürova və Şəfa Orucovaya sertifikatları təqdim olunmuşdur.