"Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirildi

11.12.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş Sabunçu rayonu C. Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin "Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib.
Səhnədə layihə çərçivəsində iştirak edən 5 məktəbin şagirdləri canlı olaraq robot dəstləri ilə işləyərək müxtəlif modellər hazırladılar ki, bu da tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb oldu. Tədbirin yadda qalan çıxışlarından biri də Vəfa Məmmədovanın rəhbərlik etdiyi 2b sinif şagirdlərinin ifasında "Robotların rəqsi" olub.Tədbirin sonunda layihə çərçivəsində göstərdiyi dəstək və köməyə görə məktəb direktorlarına təşəkkürnamələr verildi, xatirə şəkli çəkdirildi.