IX b sinif şagirdləri məktəbimizin adını daşıyan şəhid məzun C.Məmmədyarovun məzarını ziyarət etdilər
Məlum Qarabağ savaşı neçə - neçə vətənpərvər əlimizdən aldı.Belə oğullardan biri də məktəbimizin adını daşıdığı Cəlal Məmmədyarovadur. Cəlal da Azərbaycanımızın torpaqları uğrunda qanlı savaşlar getdiyi bir vaxtda hərbi xidmətə çağrılmışdı.Xidmət etdiyi müddətdə özünü vətəni sevən, onun yolunda candan keçməyə hazır olan bir əsgər kimi fədakarlıq göstərmişdir.Füzulinin Horadiz qəsəbəsi uğrunda gedən döyüşdə azğın düşmənin gülləsinə tuş gəlmişdir.Onun əziz xatirəsi yaddaşlarda həmişəlik qalacaqdır. 155 N - li tam orta məktəbin şagirdləri olaraq siz də düşmənə nifrət hissi ilə yanan ürəyə malik olmalısınız.Vətənin azadlığı, torpaqlarımızın işğaldan azad edilməsi üçün Cəlal kimi vətənpərvər, xalqını sevən gənclər kimi yetişməli, hər an düşmənə zərbə endirməyə hazır olmalısınız.