Qiymətləndirmə mövzusunda seminar

Məktəbimizdə 67, 68, 148, 169, 170, 188, 198, 209, 305, 307 nömrəli tam orta məktəblərin təlim tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə məktəbdaxili qiymətləndirmə mövzusunda seminar keçirildi.
Seminarın keçirilməsində məqsəd məktəbdaxili qiymətləndirmədə müəllimlərə düzgün istiqamət vermək üçün direktor müavinləri arasında fikir mübadiləsi və yenilikləri bölüşmək idi.