Nailiyyətlərimiz

Məktəbimizin fəxriMəktəbin 10a sinif şagirdi Əliyeva Əzizə İlham qızı cüdo idman növü üzrə (78 kq) Azərbaycan Respublikası birinciliyində II yerə layiq görüldüyünə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif edilmişdir.

Fəxrimiz“Olimpiya hərəkatı” proqramı çərçivəsində Nəsimi rayonu üzrə birincilikdə noyabr ayında keçirilmiş atletika idman növündə ikinci yeri tutduğuna və yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə “Spartak” KBTİC İB-nin açıq-şəxsi birinciliyində 47 kq çəkisində birinci yeri tutduğuna görə 151 nömrəli məktəbin 7b sinif şagirdi Abbasov Murad Cantik oğlu diplomlar və fəxri fərmanlarla təltif edilmişdir.

Qızıl medala layiq görülmüş Respublika fənn olimpiadasının qalibiMəmmədova Nəzrin İlqar qızı Bakı şəhərindəki 151 №-li tam orta məktəbin IX sinif şagirdidir. Nəzrin öz qabiliyyəti, istedadı və bilik səviyyəsi ilə yaşıdları arasında seçilənlərdəndir. Elmi biliklərini zənginləşdirərkən tədris olunan fənlərə heç bir zaman fərq qoymadan öz maraq dairəsini düzgün müəyyən etməyi bacaran, verilən tövsiyə və məsləhətlərə yaradıcı yanaşan şagirdlərdən biridir. Dəfələrlə məktəb daxilində və məktəbdənkənar keçirilən tədbirlərdə, müsabiqə və bilik yarışlarında iştirak edərək fərqlənmişdir. Zaman-zaman əldə etdiyi kiçik uğurlar, zəhmətkeşliyi, öz üzərində daim çalışması bugün Nəzrinin ilk böyük qələbəsini əldə etməsinə stimul verdi. O, respublika fənn olimpiadalarının bütün mərhələlərindən müvəffəqiyyətlə keçərək Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika birincisi kimi qızıl medala layiq görüldü. Nəzrini, valideynlərini, ona dərs deyən fənn müəllimlərini, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi adından bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir, ona ölkəmizə layiq bir şəxsiyyət kimi daha yüksək zirvələrə ucalmasını arzulayırıq. Məktəbimiz Nəzrinlə qürur hissi duyur!

HAQQIMIZDA
151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olmuş, 1988-ci ildən isə Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hazırda məktəbdə tədris hər iki dildə - Azərbaycan və rus d...
BİZİM FƏXRLƏRİMİZ

Alina Pleşakova Yevgenyevna

Mircavad Nəbiyev Mirəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi