Rəsm müsabiqəsinin qalibi151 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Nəzrin İsgəndərli IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş “Respublika təsviri sənət” müsabiqəsində II yeri tutduğuna görə Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzi tərəfindən “Diplom” la təltif edilmişdir.
Nəzrin İsgəndərlinin yeni uğuruÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə məktəbimizin 9b sinif şagirdi Nəzrin İsgəndərli “Diplom”la təltif edilmişdir.
İnşa yazı müsabiqəsinin qalibi151 nömrəli tam orta məktəbin IXa sinif şagirdi Əhmədova Aylin Turxan qızı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan”mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində fərqləndiyinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Diplom ilə təltif edilmişdir. Təbrik edirik!