Nailiyyətlərimiz

İDMAN UĞURLARIMIZ DAVAM EDİR2017-ci ilin mart ayında “Olimpiya Hərəkatı” proqramı çərçivəsində Nəsimi rayonu üzrə mərhələdə badminton idman növü üzrə keçirilən yarışda məktəbimizin komandası III yer tutduğuna görə Diplomla təltif edilmişdir.

BALACA RƏSSAMIN UĞURUBakı şəhəri Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin 10a sinif şagirdi İbadova Humay Əlvan qızı Nəsimi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş rəsm müsabiqəsində fərqləndiyinə görə Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunmuşdur.

BÜTÜN RƏQİBLƏRİNİ MƏĞLUB EDİBBakı şəhəri Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Nəbiyev Mircavad Mirəli oğlu “Zenit” BTİCİB-də sərbəst güləş növü üzrə məşqçi Cavid Qurbanzadənin rəhbərliyi altında məşq edir. O, 2016-cı ildə Şamaxıda keçirilən Oleq Krapivinin şərəfinə beynəlxalq turnirin qalibi olmuşdur. Mircavad Nəbiyev sonra yeniyetmələrdən ibarət yığma komandaya çağrılmışdır. Yığma komanda ilə birlikdə İranın İsfahan şəhərində keçirilən beynəlxalq turnirdə də şəxsi mübarizədə 5 görüşün hamısını qalibiyyətlə başa vurmaqla I yeri, ümumi komanda hesabında isə II yeri tutmuşdur. 29-30 noyabr 2016-cı il tarixdə Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə də bütün rəqiblərini məğlub etmişdir. Finalda isə erməni rəqibini məğlub edərək I yerə layiq görülmüşdür. Mircavad Nəbiyevin bütün qalibiyyətlərinə biz də sevinərək ona uğurlar arzulayırıq!

HAQQIMIZDA
151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olmuş, 1988-ci ildən isə Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hazırda məktəbdə tədris hər iki dildə - Azərbaycan və rus d...
BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əlişeva İlham

Nigar Şahbazova Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi