Heç bir uşağı nəzərdən qaçırmayaq !

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30-cu ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 151 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, sinif təşkilat saatlarında “Uşaq hüquqları” mövzusunda söhbətlər aparılıb, tarix dərslərində “Uşaq hüquqları konvensiyasından irəli gələn müddəlar” uşaqlara izah edilib. "Müəllim–şagird–valideyn münasibətlərinin qorunmasında uşaq hüquqlarının nəzərə alınması” adlı dəyirmi masa və “Mənim hüquqlarım və vəzifələrim” adlı inşa yazı müsabiqəsi keçirilib.
14 noyabr tarixdə “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı tədbir keçirilib.Tədbir məktəbin tarix müəllimi Arzu Quliyeva tərəfindən təşkil edilib. O tədbiri açaraq vurğulamışdır ki, hələ də dünyanın çox yerlərində uşaqlar öz hüquqlarından məhrum olur və onlardan istifadə edə bilmirlər.
Tədbirdə IX”C” və IV “B” sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxışlar ediblər.
Sonda “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı videoçarx nümayiş etdirilib.