“Konstitusiya və Suverenlik İli” ilə bağlı maarifləndirici tədbir

Məktəbdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil edilib . Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Mahirə Qafarova tərəfindən təşkil olunan tədbirdə hərbi rəhbər Vüqar Musayev, coğrafiya müəllimi Arzu Babayeva iştirak ediblər. Tədbirin keçirilməsimdə məqsəd şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat verməkdən ibarət olub.
Bu mövzuda tədbirlərin təşkili şagirdlərin hüquqi biliklərini artırmaq, onlarda vətənpərvərlik ruhunu gücləndirmək və dövlətçilik şüurunu inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Məktəbdə Konstitusiya və Suverenlik İli çərçivəsində müxtəlif formatda maarifləndirici tədbirlərin həyata keçirilməsi davam edir.