Açıq qapı günü təşkil edildi

Məktəbdə "Ailəm və məktəbim" layihəsinin həyata keçirilməsi ilə əlaqədar "açıq qapı" günü təşkil edildi.
Layihə çərçivəsində məktəb rəhbərliyi,müəllim - şagird – valideyn əməkdaşlığının daha da möhkəmlənməsi və onların rəy və təkliflərinin kollektiv şəkildə icra olunmasına imkan yaradıldı.
Tərtib olunmuş proqrama əsasən rəsmi açılış oldu. Müxtəlif siniflər üzrə keçirilən dərslərdə valideynlərin iştirakına şərait yaradıldı.
Valideynlər üçün seminar təşkil edildi, onların rəy və təklifləri dinlənilərək fikir mübadiləsi aparıldı.