Nəbatat bağına ekskursiya təşkil edilmişdir

Şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, təbii sərvətlərin qorunması məqsədilə “Suverən dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində Nəbatat bağına ekskursiya təşkil edilmişdir.
Təbiət müəllimi Sayalı Alıyevanın rəhbərliyi ilə təşkil edilən ekskursiya şagirdlərin böyük marağına səbəb olmuşdur. Ekskurksiya zamanı iqlim və təbiət dəyişiklikləri haqqında geniş məlumatlar verilmişdir.
Hal-hazırda Mərkəzi Nəbatat bağının strukturunda müxtəlif ekoloji şöbələr fəaliyyət göstərir.