Uğur üçün tədris layihəsinin iştirakçıları

    Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keyfiyyətli tədris,səmərəli təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri tətbiq etmək məqsədi ilə il ərzində çoxsaylı layihələr, təlimlər təşkil olunmuşdur.

    Bunlardan biri də Bakı şəhəri üzrə Təhsil İdarəsinin Britaniya konsulluğu ilə birgə hazırladığı SPEX - “Uğur üçün tədris” layihəsidir.Bu layihə BŞTİ, Təhsil İşçilərinin Peşəkar  İnkişaf İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində  həyata keçirilmişdir.

    2018-2019-cu il tədris ilində məktəbimizin bir qrup ingilis dili müəllimləri də bu layihəyə cəlb olunmuşlar. Layihənin  ilkin mərhələsində məktəbimizin bir qrup şagirdi və ingilis dili müəllimləri Beynəlxalq Aptis imtahanından keçmişlər.Layihə çərçivəsində dərs  müşahidələri aparılmış, dil təkmilləşdirmə və metodologiya təlimləri keçirilmişdir.

    Məktəbin ingilis dili müəllimləri yenidən  Beynəlxalq Aptis imtahanından keçərək, müxtəlif dərəcəli Beynəlxalq Sertifikatlara layiq görülmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi