Dəyirmi masa keçirildi

    25 oktyabr tarixində məktəbdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar olaraq,V”B” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da şagirdlər görkəmli klassik Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı haqqında qısa məlumat aldılar.Ədibin yaradıcılığında xüsusi yer tutan “İki alma” hekayəsi “Dəyirmi masa”-nın əsas mövzusu idi. Masa ətrafında şagirdlər  hekayədəki hadisələri müzakirə etdilər.Öz fikirlərini  sərbəst şəkildə ifadə etdilər. Azərbaycan dilini tədris edən Babayeva Vüsalənin əsas məqsədi  şagirdləri  görkəmli klassiklərimizlə tanış etmək,onlarda bədii mütaliəyə maraq oyatmaq, eyni zamanda şagirdlərin şifahi nitqini inkişaf etdirmək idi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi