18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür
151 nömrəli tam orta məktəbdə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı nailiyyətləri təbliğ etmək məqsədilə 18 oktyabr 2019-cu il tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü”nə həsr olunmuş tədbir təşkil edildi.Tədbirdə məktəbimizin 1”A” və 4“B” şagirdləri müxtəlif şeir, mahnı və rəqs nömrələri ilə çıxışlar etdilər.
18 oktyabr “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü”nə həsr olunmuş divar qəzetləri buraxıldı və rəsmlərdən ibarət sərgi təşkil edildi.