"Bilik günü" qeyd edildi

16 Sentyabr 2019-cu il tarixdə 151 nömrəli tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş geniş tədbir keçirildi. Əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kifayət Tanrıverdiyeva şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə yeni tədris ilində daha da yeni biliklərə yiyələnmək üçün səy göstərməyi arzu etdi.

             Məktəbə ilk dəfə qədəm basan körpə balaların həyəcan və sevinci əvəz edilməzdir. Çünki hələ də valideyn qayğısına möhtac olan bu gül balalar Azərbaycanın bayrağını, haqq səsini, həqiqətini daha da yüksəklərə qaldırmaq üçün elm, bilik uğrunda ilk kövrək addımlarını atırlar. Sonda şagirdlərin, xüsusilə də məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən ilk zəng səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi